
Bərkutun son ili
1922-ci ildə keçmiş qırmızı partizan Fyodor Polıntsev ailəsi ilə birlikdə Xakasiya çöllərindən Minusinsk şəhərinə yola düşür. Yolda o, yaralı gənc xakas ilxıçısına rast gəlir və ona yardım etməyə çalışır. Lakin yaralının qohumları hadisə yerinə gələrək gənci Fyodorun vurduğunu zənn edir və onu yaxalayırlar.
Köməyə çatan qırmızı ordu dəstəsi Fyodoru məhkəməsiz cəzalandırılmaqdan xilas edir. Komandir ona ağqvardiyaçılardan və yerli varlılardan təşkil olunmuş Bərkutun dəstəsini zərərsizləşdirməkdə kömək etməyi təklif edir. Fyodor bu təklifi əvvəlcə rədd etsə də, baş verən yeni hadisələr onu qərarını dəyişməyə vadar edir. O, yerli yoxsullarla birlikdə yaxşı silahlanmış quldurlara qarşı mübarizəyə qoşulmalı olur.
«Bərkutun son ili» macəra filminin rejissoru Vadim Lısenkodur. Ekran əsəri 1977-ci ildə SSRİ-də lentə alınıb. Baş rolları Oleq Korçikov, Tsıden Badmayev, Nurjuman İxtımbayev və Qerman Sarajakov canlandırıblar.
«Bərkutun son ili» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1977
- Ölkə
- SSRİ
- Rejissor
- Vadim Lısenko
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 88 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın