
Formula zero
Gənc tədqiqatçılar Marina və Volodya professor Şermanın rəhbərliyi altında ekoloji cəhətdən təmiz mühərrik ixtirası üzərində çalışırlar. Lakin elmi işlərin ən qızğın vaxtında alimləri laboratoriyadan çıxarırlar. Tədqiqatçıların yerləşdiyi otaqları isə kazino ələ keçirir.
Yaranmış vəziyyətdən çıxış yolu axtaran qəhrəmanlar layihəni davam etdirmək üçün imkanlar arayırlar. Yuxusuz gecələrdən sonra professor Şerman gözlənilməz təklif irəli sürür: kazinoda qalib gəlmək və qazanılan pulla mühərrikin hazırlanmasını maliyyələşdirmək.
Macəra və komediya janrında olan «Formula zero» filmi 2006-cı ildə Rusiyada çəkilib. Ekran əsərinin quruluşçu rejissoru Anatoli Artamonovdur, əsas rolları Svetlana İvanova, Vladimir Jerebtsov, İqor Yasuloviç və Alyona İvçenko canlandırıblar.
«Formula zero» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 yanvar 2006
- Ölkə
- Rusiya
- Rejissor
- Anatoli Artamonov
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 92 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın