
Alpinistlər
İki dağ xilasedicisi eyni qadına olan sevgiləri ilə yanaşı illərdir peşəkar yoldaşlıq edirlər. Ermənistan dağlarında turistləri müşayiət edərkən tərəfdaşlardan birinin səhlənkarlığı bir səyyahın ölümü ilə nəticələnir. Məhkəmə qərarı ilə təqsirkar tapılan alpinist həbsxanaya göndərilir.
Cəzaçəkmə müəssisəsində olan məhbusa bir kriminal nüfuz sahibi təklif irəli sürür: dağ mağarasında gizlədilən xəzinəni tapmaq müqabilində azadlıq. Bələdçilik etməyə razılaşan qəhrəmanın yolu yenidən köhnə dostu ilə kəsişir. Sevdikləri qadının girov götürülməsi hadisələri daha da gərginləşdirir və keçmiş dostları təhlükəli şəraitdə sınağa çəkir.
«Alpinistlər» macəra filmi 2013-cü ildə Rusiyada çəkilib. Ekran əsərinin rejissoru Arşo Harutyunyan, baş rolların ifaçıları isə Natalya Bardo, Dmitri Klepatski, Aleksandr Nosik və Aleksandr Rapoportdur.
«Alpinistlər» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 13 mart 2014
- Ölkə
- Rusiya
- Rejissor
- Arşo Arutyunyan
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 87 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın