
Gold Dust
XIX əsrin ortalarında Kaliforniyanın Meksika ilə sərhəd əraziləri varlanmaq istəyən saysız-hesabsız xəzinə axtaranları özünə cəlb edirdi. İrlandiyalı Daniel xanımı Yelena və balaca qızı ilə birlikdə yoxsulluq içində gün keçirir. Bütün çətinlikləri arxada qoymaq qərarına gələn ailə başçısı gizli sərvəti tapmaq ümidi ilə yola düşür.
Lakin hər şey planlaşdırıldığından fərqli istiqamətdə cərəyan edir. Səhrada azan və həyatları təhlükə altına düşən səyyahlar təsadüfən tənha bir daxmaya rast gəlirlər. Sığınacaq tapan Daniel burada spirtli içki qəbul etdikdən sonra ağlasığmaz bir addım ataraq həyat yoldaşı ilə qızını daxmanın sahibinə satır. İyirmi il ötür, o, böyük sərvət sahibi olur və tərk etdiyi ailəsinin geri qayıdacağını ağlına belə gətirmir.
Macəra və komediya janrında çəkilən «Gold Dust» filmi 2017-ci ildə ABŞ-da istehsal olunub. Rejissor kürsüsündə Devid Uoll əyləşib, əsas obrazları isin Derin Bruks, Kris Romano, Devid Uolles və Börns Börns canlandırıb.
«Gold Dust» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 aprel 2020
- Ölkə
- ABŞ
- Rejissor
- Devid Uoll
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın