
Kaleyə qədər yeddi dəniz
«Seven seas to Calais» macəra filmi dənizlərdə məğlubiyyət nə olduğunu demək olar ki bilməyən cəsur ingilis dənizçisi Frensis Dreykdən bəhs edir. İngiltərə kraliçası göstərdiyi xidmətlərə görə ona per titulu təqdim edir. Lakin bu uğuru həddindən artıq qeyd edən kapitan sayıqlığını itirir.
Yaranmış vəziyyətdən istifadə edən ispanlar onun freqatını asanlıqla ələ keçirirlər. Dreyk bu təhlükədən birtəhər canını qurtararaq sağ qalmağı bacarır. İspanların bu həmləsi ilə barışa bilməyən kapitan gəmisini itirdiyinə görə onlardan mütləq qisas alacağına and içir.
İtaliya istehsalı olan bu tarixi macəra filmi 1962-ci ildə ekranlara çıxıb. Ekran işinə rejissorlar Rudolf Mate və Primo Zelyo rəhbərlik ediblər. Əsas rollarda Rod Teylor, Kit Miçell, Edi Vessel və Terens Hill çəkiliblər.
«Kaleyə qədər yeddi dəniz» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 dekabr 1962
- Ölkə
- İtaliya
- Rejissor
- Rudolf Mate, Primo Zelyo
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Müddət
- 102 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın