
Earthquake Underground
Gənc memar Brayan layihələndirdiyi çoxmərtəbəli Armada otelinə baxış keçirir. Obyektə baş çəkərkən onun yanında hamilə sevgilisi Emi və layihə rəhbəri də olur. Lakin qəfil baş verən güclü təkanlar hər şeyi alt-üst edir. Nəhəng yarıq nəticəsində hündürmərtəbəli bina tam şəkildə yerin altına çökür.
Yerin dərinliklərində qalan azsaylı insanlar xarici aləmlə əlaqəni itirirlər. Tikili qeyri-sabit vəziyyətdə dağılmağa davam edir. Həyatda qalanlar salamat qalmaq üçün qüvvələrini birləşdirməli və bina birdəfəlik uçub dağılmadan əvvəl zədələnmiş qatlardan səthə çıxış yolu tapmalıdırlar.
Macəra, elmi fantastika və triller janrlarını birləşdirən «Earthquake Underground» filmi 2024-cü ildə ekranlara çıxıb. ABŞ və Böyük Britaniyanın birgə istehsalı olan bu ekran işinin rejissoru Brayan Novakdır. Əsas obrazları Mettyu Qademske, Ancela Koul, Hyuston Rayns və Tim Dorsi canlandırıblar.
«Earthquake Underground» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 18 aprel 2024
- Ölkə
- ABŞ, Böyük Britaniya
- Rejissor
- Brayan Novak
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, MGG
- Müddət
- 83 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın