
Erni və Serbi
Kupidonun qardaşı Erni minilliklər boyu insanların qəlbini ovsunlayıb onları bir-birinə bağlamaqla məşğul olub. Zaman keçdikcə bu sonsuz vəzifədən yorulan ilahi varlıq dünyaya enmək qərarına gəlir. O, sadiq iti Serbi ilə bərabər adi bir oğlan cildinə girərək insanların arasına qarışır.
Küçədə tək dolaşan qəribə uşaq tezliklə detektiv Mayersin diqqətini çəkir. Polis əməkdaşı onun keçmişi və ya ailəsi haqqında heç bir məlumat tapa bilməyincə, Erni və itini şəhər sığınacağına yerləşdirir. Yeni mühitə düşən qəhrəman sehirli oxlarından daha fərqli məqsədlə istifadə etməyə başlayır və yetim uşaqların qayğıkeş övladlığa götürən ailələr tapmasına kömək edir.
ABŞ istehsalı olan macəra filmi «Ernie & Cerbie» 2018-ci ildə ekranlara çıxıb. Ekran əsərinin quruluşçu rejissoru Temmi A. Uilyamsdır. Baş rolları Dominik Pake, Patrik L. Reys, Broqan Holl və Lələnd L. Cons canlandırıblar.
«Erni və Serbi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 may 2018
- Ölkə
- ABŞ
- Rejissor
- Temmi A. Uilyams
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 77 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın