Mənim ən yaxşı ən pis macəram
Anasını itirdikdən sonra içinə qapanan amerikalı yeniyetmə Cenni heç kimlə danışmaq istəmir. Qızın bu kədəri aşmasına kömək etməyə çalışan atalığı onu yay tətili üçün Tailandın ucqar kəndində yaşayan nənəsinin yanına göndərir. Tamamilə fərqli bir mühitə düşən qız dil baryeri ilə üzləşir və yerli məktəblilərin təzyiqlərinə məruz qalır.
Kənddə Cenni yerli uşaqlardan biri olan Bunrodla tanış olur. Kasıb ailədən çıxan bu sakit oğlan da zorakılıqla üzləşir və təsəllini yalnız su camışına qulluq etməkdə tapır. Eyni çətinlikləri bölüşən bu iki gənc tezliklə dostlaşır və məktəbdəki davakarlara qarşı birlikdə mübarizə aparmağa başlayırlar.
ABŞ istehsalı olan «Mənim ən yaxşı ən pis macəram» (My Best Worst Adventure) macəra filminin rejissoru Joel Soysondur. 2021-ci ildə ekranlara çıxan ekran əsərində əsas rolları Lily Patra, Pan Rugtawatr, Owen O'Brien və Claudia Soyson canlandırıblar.
«Mənim ən yaxşı ən pis macəram» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2021
- Ölkə
- ABŞ
- Rejissor
- Coel Soyzon
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 85 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın