
Kəpənək
Parisdə tək yaşayan ahıl Jülyen vaxtının çox hissəsini nadir kəpənəklərin toplanmasına həsr edir. Qonşuluqda təzəcə mənzilə köçən gənc supermarket xəzinədarı isə qızı səkkiz yaşlı Elzanı tez-tez evdə tək qoyaraq əyləncələrə gedir. Ana qayğısından uzaq qalan və diqqətsizlikdən təngə gələn balaca qız qonşu Jülyenlə qarşılaşır və onunla birlikdə qaçmaq niyyətində olduğunu söyləyir.
Kolleksiyasını bəzəyəcək təkrarolunmaz «İzabel» kəpənəyini tutmaq üçün Verkora dağlarına yollanan qocanın planları Elzanın hiyləgərliyi ilə dəyişir. Qızcığazın təkidinə baxmayaraq onu götürmək istəməyən Jülyen yola tək çıxmağa çalışsa da, fəndgir qız onun arxasınca getməyə nail olur. Hər ikisi təbiətin qoynunda bir-birlərini daha yaxşı anlamağa başlayır.
«Kəpənək» (Le papillon) filmi 2002-ci ildə Fransada lentə alınıb. Rejissor Filipp Muilin ekranlaşdırdığı ekran əsərində baş rolları Mişel Serro və Kler Buaniş canlandırır. Layihədə Nad Dye və Jak Buaniş də rol alıb.
«Kəpənək» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 18 dekabr 2002
- Ölkə
- Fransa
- Rejissor
- Filipp Muil
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 85 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın