
Heyvanlar planeti
Aktyorluq karyerası alınmayan və təlxək kimi pul qazanan Çjen Kaysi ağır günlər keçirir. Onun anası uzun illərdir komadadır, ən yaxın dostunun xəyanəti isə vəziyyəti daha da pisləşdirir. Nəticədə gənc oğlan atasının mənzilini itirir və üstünə külli miqdarda borc yüklənir.
Çıxış yolu axtaran Kaysi sirli bir gəminin mövcudluğundan xəbər tutur. Dünyanın dörd bir yanından insanların toplandığı bu məkanda «daş-qayçı-kağız» oyunu təşkil edilir. Qalib gələnlərin bütün borclarının silinəcəyi bildirildiyindən, o da bu təhlükəli yarışa qatılmaq qərarına gəlir.
Çin istehsalı olan «Heyvanlar planeti» filmi 2018-ci ildə rejissor Xan Yan tərəfindən çəkilib. Macəra və triller janrındakı ekran əsərində Maykl Duqlas, Çjou Dunyuy, Tsao Binkun və Erik Heyz kimi aktyorlar rol alıb.
«Heyvanlar planeti» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın