
Casus oyunu
Peşəkar beysbolçu Mo Berq intellekti, bir neçə xarici dil bilməsi və nüfuzlu universitet təhsili ilə digərlərindən seçilir. İkinci Dünya müharibəsi dövründə ABŞ Strateji Xidmətlər İdarəsi onun bu bacarıqlarını fərq edir və ona kəşfiyyat sıralarına qoşulmağı təklif edir. Sirr saxlamağı bacaran idmançı qısa zamanda yeni gizli fəaliyyətə uyğunlaşır.
Yeni casusa dərhal təhlükəli bir xarici tapşırıq həvalə olunur. Berq nasist Almaniyasına yollanmalı və orada atom bombası üzərində çalışan fizik Verner Heyzenberqi tapmalıdır. Onun qarşısına qoyulan məqsəd alimi qaçırmaq və ya yerindəcə zərərsizləşdirməkdən ibarətdir.
«Casus oyunu» (The Catcher Was a Spy) triller filmi rejissor Ben Luin tərəfindən çəkilib. Ekran əsərində baş rolu Pol Radd canlandırır, digər rollarda isə Pol Camatti, Efraim Qoldin və Anyeze Nano çıxış edir. ABŞ istehsalı olan bu film 2017-ci ildə işıq üzü görüb.
«Casus oyunu» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın