
Anjelika, mələklər markizası
Hadisələr XVII əsr Fransada cərəyan edir. Gənc Anjelikanı cadugər kimi tanınan və böyük sərvətə sahib olan qraf de Peyraka ərə verirlər. Əvvəlcə ərindən xoşu gəlməyən qadın zamanla onun sərt xarici görkəminin arxasında mülayim, cəlbedici və ədalətli bir insanın olduğunu kəşf edir və onların arasında səmimi məhəbbət yaranır.
Lakin onların bu sakit həyatı qısa sürür. Qrafın qəsrinə gələn kral XIV Lüdovik onun var-dövlətinə və səadətinə həsəd apararaq de Peyrakı Bastiliya zindanına atdırır. Ərinin edam qərarı ilə barışmaq istəməyən Anjelika sevgisi uğrunda sona qədər mübarizə aparmağa hazırlaşır və bu yolda ona köhnədən aşiq olan quldurlar başçısı Nikola yardım edir.
2013-cü ildə Fransada istehsal olunmuş «Anjelika, mələklər markizası» macəra filminin rejissoru Ariel Zeytundur. Baş rolları Nora Arnezede, Severen Bavarel, Jaki Druo və Patrik Dekamp canlandırıblar.
«Anjelika, mələklər markizası» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2013
- Ölkə
- Fransa
- Rejissor
- Ariel Zeytun
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (дублированный)
- Müddət
- 113 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın