
Fort Ross: Macəra axtarışında
Rusiyalı jurnalistlər Kaliforniya və Alyaskada vaxtilə mövcud olmuş keçmiş rus torpaqları haqqında reportaj hazırlamaq üçün ABŞ-a yola düşürlər. Tarixi Fort-Ross məskəninə çatan çəkiliş qrupu smartfondakı mobil tətbiqin köməyi ilə zamanda səyahət etməyin mümkün olduğunu öyrənir.
İlk cəhddə XIX əsrin rus koloniyasına düşən jurnalistlər daha sonra uğurla müasir dövrə qayıdırlar. Lakin keçmişə edilən növbəti səfər planlaşdırıldığı kimi getmir və qəhrəmanlar XIX əsrdə İspaniyanın nəzarətində olan Kaliforniyanın Monterey şəhərinə düşürlər.
Fantastika və macəra janrında çəkilən «Fort Ross: Macəra axtarışında» filmi 2014-cü ildə Rusiyada istehsal olunub. Ekran əsərinin quruluşçu rejissoru Yuri Morozdur, baş rolları isə Maksim Matveyev, Maksim Yemelyanov, Maksim Vajov və Nikolay Kozak canlandırıblar.
«Fort Ross: Macəra axtarışında» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2014
- Ölkə
- Rusiya
- Rejissor
- Yuri Moroz
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (дублированный)
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın