
Qraf Monte-Kristo
Gənc kapitan Edmon Dantes ona paxıllıq edən insanların qurduğu hiylənin qurbanına çevrilir. Satqınlıqda əsassız yerə suçlanan dənizçi ömürlük cəza çəkmək üçün İf qalasının zindanına salınır.
Məhbəsdə keçən illər ərzində Edmon digər məhbus, abbat Faria ilə dostlaşır. Abbat ölümündən öncə ona gizlədilmiş nəhəng xəzinənin sirrini açır. Zindandan qaçmağı bacaran Dantes həmin sərvəti tapır və həyatını alt-üst etmiş qüdrətli düşmənlərindən qisas almaq yoluna qədəm qoyur.
1975-ci ildə ekranlara çıxan «The Count of Monte-Cristo» tarixi macəra filmi Böyük Britaniya və İtaliyanın birgə istehsalıdır. Ekran əsərinin quruluşçu rejissoru Devid Qrindir, baş rolları isə Riçard Çemberlen, Trevor Hovard, Lui Jurdan və Donald Plezens ifa ediblər.
«Qraf Monte-Kristo» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 yanvar 1975
- Ölkə
- Böyük Britaniya, İtaliya
- Rejissor
- Devid Qrin
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar ikisəsli
- Müddət
- 119 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın