
Heç vaxt təslim olmayacağam
Keçmiş fotomodel aldadılaraq bütün var-dövlətindən və ən əsası analıq hüququndan məhrum edilir. Qadın altı yaşlı oğlunu zalım ərindən gizlicə götürərək uzaq bir əyalətə qaçır. Cibində bir qəpiyi belə olmayan ana tanımadığı mühitdə oğlu ilə birlikdə sağ qalmağa çalışır.
Uşağını dolandırmaq məqsədilə o, yerli sanatoriyalardan birində xadimə kimi işə düzəlir. Lakin keçmiş əri təcrübəli xəfiyyə tutaraq onların izinə düşür. Mirasçısını geri qaytarmaq istəyən qəddar ər hətta qətl törətməkdən belə çəkinmir.
2017-ci ildə çəkilən «Heç vaxt təslim olmayacağam» filminin rejissoru Maksim Subbotindir. Rusiyada istehsal olunmuş melodramda baş rolları Yuliya Podozorova, Aleksandr Nikitin, Mariya Klimova və Yevgeni Şirikov canlandırıblar.
«Heç vaxt təslim olmayacağam» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 18 noyabr 2017
- Ölkə
- Rusiya
- Rejissor
- Maksim Subbotin
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın