
Sevgi haqqında
Daşa rəfiqəsi ilə birlikdə paytaxta gələrək orada özünə yeni bir həyat qurmağa çalışır. Qız nitq texnikası üzrə dərs deyir, kirayə mənzildə yaşayır və az qazanc müqabilində səhərdən axşamadək vaxtını dərslərə sərf edir. Siyasi seçkilərə hazırlaşan zəngin iş adamı Vladın ondan dərslər almaq təklifi gənc müəllimin həyatını tamamilə dəyişir.
Tədricən onların işgüzar görüşləri ehtiraslı bir sevgiyə çevrilir. Lakin iş adamının qanuni həyat yoldaşı ilə gözlənilməz qarşılaşma Daşanın baş verənlərə başqa gözlə baxmasına səbəb olur. Həmin görüşdən sonra məlum olur ki, Vlad əslində xəyal edilən o ideal insan deyilmiş.
«Pro lyuboff» adlı Rusiya istehsalı melodram filmi 2010-cu ildə nümayiş olunub. Ekran əsərinin quruluşçu rejissoru Olqa Subbotinadır. Əsas obrazları Fyodor Bondarçuk, Olqa Sutulova, Oksana Fandera və Mariya Maşkova canlandırıb.
«Sevgi haqqında» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 30 sentyabr 2010
- Ölkə
- Rusiya
- Rejissor
- Olqa Subbotina
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 106 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın