
Əzizim, bura Hindistandır
Bombey küçələrində iki gənc təsadüfən rastlaşır. Oğlan aclıqdan əziyyət çəkir, qız isə qəmini unutduracaq əyləncə axtarışındadır. Onlar dərhal razılığa gəlirlər: birlikdə vaxt keçirmək və şənlənmək müqabilində yemək. Şəhər boyunca addımlayan yad insanlar oxuyur, rəqs edir və ölkədə yaranan böhrandan xəbərsiz halda gecənin dadını çıxarırlar.
Hökumət daxilində isə vəziyyət kəskinləşir və dövlət başçısı ölkədə fövqəladə vəziyyət elan edir. Cinayətkar qüvvələr prezidenti öz oxşarı ilə əvəzləyərək dövləti zorakılığa və xaosuna sürükləməyi planlaşdırır. Yeni tanış olan bu cütlük dostları ilə birləşərək saxtakarlığın üstünü açır və çətinlikləri dəf edərək ölkəni fəlakətdən xilas edir.
Rejissor Ketan Mehtanın 1995-ci ildə çəkdiyi «Oh Darling Yeh Hai India» filmi Hindistan istehsalıdır. Baş rollarda Şahrux Xan, Dipa Sahi, Caved Ceffri və Anupam Kher çıxış edir.
«Əzizim, bura Hindistandır» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 11 avqust 1995
- Ölkə
- Hindistan
- Rejissor
- Ketan Mehta
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Формат АВ
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 162 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın