
Sehrbazın şagirdi
Vera qəlbində xeyirxahlığa və sevgiyə inam bəsləsə də, şəxsi münasibətlərdə bəxti gətirmir. Günlərin birində köhnə kitabların arasından qəribə bir qeyd tapır. Burada keçmişə qayıtmaq və həyatın bircə gününü yenidən yaşayıb səhvləri düzəltmək üçün sehrli iksir resepti təsvir olunur.
Həmin axşam gənc qadın bəyəndiyi bir kişi ilə qarşılaşır. Lakin həmin şəxs onunla tanış olmaq üçün yaxınlaşanda Vera çaşqınlıqdan və utancaqlıqdan oradan uzaqlaşır. Yaşanan bu hadisədən sonra o, qədim resepti xatırlayaraq şansını sınamaq qərarına gəlir.
Rusiyada çəkilmiş «Sehrbazın şagirdi» melodram filmi 2019-cu ildə təqdim edilib. Ekran əsərinin quruluşçu rejissoru Sergey Krasnovdur. Baş rolları Anastasiya Qorodentseva, Mixail Pşeniçnıy, Yuliya Kokryatskaya və Sergey Qubanov canlandırıb.
«Sehrbazın şagirdi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 13 sentyabr 2019
- Ölkə
- Rusiya
- Rejissor
- Sergey Krasnov
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Müddət
- 45 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın