
Mohabbat
Gənc Şekxar torpaq sahibi Çoudharinin evinə elçi gələndə onun qızı Rupaya ilk baxışdan vurulur. Lakin oğlanın ailəsi qarşı tərəfdən həddindən artıq böyük cehiz tələb etməyə başlayır. Şərtlər qəbul edilməyincə nişan pozulur və ögey anası Şekxara varlı bir qız tapır, lakin gənc oğlan bu qərarla barışmayıb evi tərk edir.
Rupanın kəndinə qayıdan Şekxar onun atası ilə yenidən danışmağa çalışsa da, rədd cavabı alır. Çıxış yolunu qaçmaqda görən sevgililərin bu cəhdi də uğursuzluqla nəticələnir. Qızının hərəkətindən qəzəblənən Çoudhari ailənin adını təmizləmək üçün Rupanı öz bacısı oğlu Atmarama ərə verməyə qərar verir.
Hindistan istehsalı olan «Mohabbat» filmi 1985-ci ildə ekranlara çıxıb. Melodram janrındakı ekran əsərinin rejissoru Bapudur. Baş rolları Anil Kapur və Viceta Pandit canlandırıb, digər obrazlarda isə Aruna İrani və Amcad Xan çəkilib.
«Mohabbat» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın