
Anasız uşaqlar
Doqquz yaşlı Aşok və bacısı Qauri analarını dörd il əvvəl, qızın doğumu zamanı itiriblər. Onların atası şəhərdə çalışır və kirayə ev tapan kimi övladlarını kənddən yanına aparmağı planlaşdırır. Kənddə qalan uşaqlara isə Aşokla eyni yaşda olan Racu adlı oğul böyüdən dul qadın Kamla nəzarət edir.
Kamla bütün sevgisini yalnız öz oğluna göstərir, himayəsindəki kimsəsiz bacı-qardaşı isə ağır zəhmətə cəlb edərək incidirdi. Bu dözülməz rəftara tab gətirə bilməyən kiçik uşaqlar kənddən qaçıb şəhərdə yaşayan atalarını axtarmaq üçün yola düşürlər.
1980-ci ildə çəkilmiş «Bin Maa Ke Bachche» melodram filminin rejissoru Satyen Bosdur. Hindistan istehsalı olan bu ekran əsərində baş rolları Bindu, Master Bittu, Leela Chitnis və Racu Desai canlandırıblar.
«Anasız uşaqlar» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın