
Kosmonavtla uçuş
Kənd gənci Semyon Brusniçkin uşaqlıq arzusuna çatmaq üçün inadla çalışır. Həmyaşıdları vaxtlarını əyləncələrə sərf edərkən, o, xarici dilləri, dəqiq elmləri öyrənir və sərt rejimə əməl edir. Gəncin həyatında iki böyük məqsəd var: kosmonavt olmaq və vaxtilə eyni sinifdə oxuduğu Marinanın qəlbini qazanmaq.
İnstituta qəbul imtahanlarından kəsilməsi Semyonu yolundan döndərmir. Əvvəlcə ordu sıralarında xidmət edir, sonra isə sürücü, fermer və hətta milis işçisi kimi çalışır. Brusniçkin başladığı hər işdə ən yaxşılardan olmağı bacarsa da, məhəbbət məsələsində bəxti onun üzünə dəqiq elmlərdəki kimi asanlıqla gülmür.
«Kosmonavtla uçuş» («Polyot s kosmonavtom») bədii filmi 1980-ci ildə SSRİ-də rejissor Qennadi Vasilyev tərəfindən ekranlaşdırılıb. Melodram janrındakı ekran əsərində əsas rolları Valeri Şalnıx, Natalya Yeqorova, Tatyana Yeqorova və Nikolay Qlinski canlandırıblar.
«Kosmonavtla uçuş» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 30 iyul 1981
- Ölkə
- SSRİ
- Rejissor
- Gennadi Vasilyev
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 83 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın