
Qoru sevgimi
Tibb tələbəsi Polina görmə qabiliyyətində yaranan ciddi problemlərlə mübarizə aparır. O, xəstəliyin öhdəsindən gəlməkdə ona yardımçı olan istedadlı oftalmoloq Kostya ilə tanış olur. Gənclər arasında tezliklə güclü sevgi hissləri yaranır, lakin Kostyanın gənc rəhbəri Veronika da həkimə qarşı biganə qalmır.
Qurduğu hiylələr sayəsində Veronika sevgililəri bir-birindən ayırmağa nail olur. Yaşadığı ağır kədərdən sonra Kostya sevmədiyi bu qadınla evlənir, Polina isə hamilə olduğunu gizlədərək şəhərdən uzaqlaşır. Beş il keçdikdən sonra anasının xəstəlik əlamətləri balaca qızında da üzə çıxır. Qızını sağaltmaq üçün Polina Moskvaya üz tutur və burada yenidən Kostya ilə rastlaşır, lakin keçmiş rəqibini geri qayıtmağa qoymamaq üçün Veronika hər şeyə hazırdır.
«Qoru sevgimi» (Храни тебя любовь моя) melodram filmi 2017-ci ildə Rusiya və Belarus kinematoqrafçıları tərəfindən birgə istehsal olunub. Ekran əsərinin rejissoru Armen Arutyunyandır, baş rollarda isə Darya Parmenenkova, Aleksey Koryakov, İnna Kolyada və Sergey Vlasov çəkiliblər.
«Qoru sevgimi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 may 2017
- Rejissor
- Armen Arutyunyan
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın