
İki nəfərlik kabus
Vera öz ailə həyatını həmişə mükəmməl hesab edirdi. Qayğıkeş valideynlərin əhatəsində böyüyən gənc qadın Denis ilə evləndikdən sonra bütün diqqətini yalnız ərinin istəklərinə yönəltmişdi. Həyat yoldaşına görə o, hətta tibb institutundakı təhsilini yarımçıq qoymuş, rəfiqələr qazanmaqdan belə imtina etmişdi.
Lakin Denis gözlənilmədən başqa bir qadına görə ailəsini tərk edir. Nə baş verdiyini anlamaq istəyən Vera ərinin illər əvvəl boşadığı ilk arvadı Anna ilə görüşmək qərarına gəlir. O, Annanın qəzadan sonra əlil arabasına məhkum olduğunu öyrənir. Keçmiş rəqiblər arasında yaranan gözlənilməz dostluq isə keçmiş sevgililərinin əzab çəkməsini istəyən Denisi bərk qəzəbləndirir.
«İki nəfərlik kabus» melodram filmi 2016-cı ildə Rusiyada rejissor Olqa Qrekova tərəfindən çəkilib. Ekran əsərində baş rolları Olesya Fattaxova, Alyona Sozinova, Petar Zekavitsa və Sergey Qubanov canlandırıblar.
«İki nəfərlik kabus» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 sentyabr 2016
- Ölkə
- Rusiya
- Rejissor
- Oleqa Qrekova
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın