
Sadə qız
Böyük şəhərdə yaşayan gənc tədqiqatçı Alyona Şelestova elmi fəaliyyətlə məşğuldur. O, şüşə istehsalının tarixinə dair namizədlik dissertasiyası hazırlayır və eyni zamanda qədim şüşə məmulatlarından ibarət sərgi təşkil edir. Doğma şəhərinə, atasını görməyə gedərkən Alyona təsadüfən Kirill adlı gənclə tanış olur. Varlı ailədən olan və qəzetdə kübar xronikası aparan bu gənc vaxtını əyləncələrə sərf edir, böyük qardaşı İvan Tomilinin pullarını xərcləyir.
Həyata baxışlarının tamamilə fərqli olmasına baxmayaraq, onların arasında qarşılıqlı hisslər yaranır. Alyonaya bağlanan Kirill bələdiyyə sədrinin qızı ilə evlənəcəyinə dair verdiyi vədi unudur. Bu nikah İvan Tomilin üçün böyük əhəmiyyət kəsb etdiyindən, sərfəli qohumluğu itirməmək naminə o, plan qurur və Alyonanın diqqətini özünə çəkməyə çalışır.
2013-cü ildə çəkilmiş «Sadə qız» («Простая девчонка») filminin rejissoru Maksim Briusdur. Rusiyada istehsal olunmuş melodramda baş rolları Anastasiya Stejko, Aleksandr Abramoviç, Svetlana Nikiforova və Stanislav Erdley canlandırıb.
«Sadə qız» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 noyabr 2015
- Ölkə
- Rusiya
- Rejissor
- Maksim Brius
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın