
Zolottse
Yetim qalan və babası ilə yaşayan gənc Katya zəngin Pavel Burovun evində qulluqçu işləyir. Fiziki qüsuru səbəbindən axsayan qızı babası hər zaman mehribanlıqla «Zolottse» çağırır. Xəyalpərəst qız boş vaxtlarında rəsmlər çəkir və gizlincə sevdiyi varlı ailənin ərköyün oğlu İvanın portretlərini yaradır. Lakin gənc oğlan onun təmiz hisslərinə qarşılıq vermək əvəzinə, Katyaya yalandan ümid verib sonda onu ələ salır.
Gözləmədiyi bu zərbədən sonra Katya həmin evi tərk edir və valideynlərinin həyatını itirdiyi Volqa sahilindəki kiçik doğma şəhərinə üz tutur. O, burada rəssamlıq məktəbinə daxil olmaq və öz gücünə ayaqda qalmaq qərarına gəlir. Qız bu addımı ilə həm özünü tapmaq, həm də İvana onun sevgisinə layiq olduğunu sübut etmək istəyir.
2017-ci ildə çəkilmiş Rusiya istehsalı «Zolottse» filminin rejissoru Dmitriy Koryavovdur. Melodram janrında olan bu ekran əsərində baş rolları Pelageya Nevzorova, Sergey Uqryumov, Yekaterina Vasilyeva və Yuri Nazarov canlandırıblar.
«Zolottse» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 yanvar 2018
- Ölkə
- Rusiya
- Rejissor
- Dmitri Koryavov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 206 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın