
Marusya
Ailəvi məclisdən qayıdan Nikita və Anna cütlüyü evə qatarla yola düşür. Nikita tanınmış detektiv yazıçısı, xanımı isə biznes-analitikdir. Rahat SV vaqonuna bilet tapa bilməyən ər-arvad adi kupedə getmək məcburiyyətində qalır. Lakin Moskvaya gedən digər sərnişinlər — Alevtina və onun balaca qızı Marusya sayəsində yol xeyli maraqlı keçir və balaca qız yol yoldaşları ilə tez bir zamanda ünsiyyət qurur.
Səhər açıldıqda vəziyyət gözlənilmədən dəyişir. Restoranda səhər yeməyindən qayıdan ər-arvad kupedə Marusyanın tək yatdığını görürlər. Qızın anası isə heç bir iz qoymadan yoxa çıxıb.
«Marusya» adlı Rusiya filmi 2019-cu ildə rejissor Vladimir Yankovski tərəfindən çəkilib. Melodram janrında olan ekran əsərində baş rolları Anna Bolşova, Yuri Baturin, Veronika Plyaşkeviç və Maksim Kreçetov canlandırıblar.
«Marusya» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2 may 2019
- Ölkə
- Rusiya
- Rejissor
- Vladimir Yankovski
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın