
İtlərin və kişilərin tərbiyəsi və gəzdirilməsi
Sonya heyvanların müalicəsində böyük istedada malik olsa da, şəxsi münasibətlərdən uzaq durur və kişilərə güvənmir. Baytarlıq klinikasından qalmaqallı şəkildə qovulduqdan sonra o, sahibsiz heyvanlar sığınacağına dəstək olur və itləri gəzdirməklə pul qazanır. Həmin vaxt zədədən sonra bərpa olunmağa çalışan idmançı Artyom isə normativləri verə bilmədiyi üçün çətin günlər keçirir.
Artyomun uzun müddətdir nişanlısı olan Yuliya onun idmanı buraxıb nəhayət ailə quracağına ümid bəsləyir. Lakin gənc oğlan əsəbi halda ona qayğıkeşlik öyrənməsi üçün bala it hədiyyə edir. İncik düşən Yuliya atasının evinə köçür və Artyom balaca itlə təkbaşına qalır. Məhz həmin heyvanı gəzdirərkən o, Sonya ilə qarşılaşır.
«İtlərin və kişilərin tərbiyəsi və gəzdirilməsi» melodram filmi 2017-ci ildə Polşa, Rusiya və Ukraynanın birgə istehsalı ilə çəkilib. Ekran işinin rejissoru Aleksandr Qrabardır. Əsas rolları İlya Alekseyev, Aleksandr Naumov, Antonina Makarçuk və Aleksey Smolka canlandırıb.
«İtlərin və kişilərin tərbiyəsi və gəzdirilməsi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 6 oktyabr 2017
- Rejissor
- Aleksandr Qrabar
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın