
Kürən
Balaca bir qəsəbədə yaşayan Tonya Rıjikova Yevgeni adlı gəncə dəlicəsinə vurulur. Rəfiqəsinin məsləhətinə qulaq asan qız sevdiyi oğlanın ardınca böyük şəhərə yollanır. Lakin onun bu addımı faciəyə çevrilir və şəhərə gəlişindən cəmi üç gün sonra Tonya həbsxanaya düşür.
Yevgeninin narkotik asılılığı üzə çıxır və gecə klubunda polislərin keçirdiyi yoxlama zamanı o, qadağan olunmuş maddələri qızın üzərinə atır. Sevgilisini ələ vermək istəməyən Tonya bütün günahı boynuna götürərək beş illik həbs cəzası alır. Cəzaçəkmə müəssisəsində olarkən o, hamilə olduğunu öyrənir.
«Kürən» (Rıjik) melodram filminin rejissoru Artyom Markovdur. Belarus istehsalı olan bu ekran əsəri 2019-cu ildə işıq üzü görüb. Əsas rolları Aleksandra Tretyakova, Natalya Qudkova, İlya Alekseyev və Erik Abramoviç canlandırıblar.
«Kürən» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 avqust 2019
- Ölkə
- Belarus
- Rejissor
- Artyom Markov
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın