
Su pərisi
Sadə kənd qızı Natalya ilə varlı bir sahibkarın oğlu Oleq bir-birini sevir. Lakin oğlanın borc içində olan atası bu münasibətin əleyhinə çıxır. O, düşdüyü maliyyə böhranından çıxmaq üçün oğlunu kreditorunun qızı ilə evləndirmək fikrinə düşür.
Cütlüyü ayırmaq məqsədilə Oleqə sevgilisinin başqasından hamilə olduğu yalanı ötürülür. Eşitdiyi xəbərdən sonra tərk edildiyini anlayan Natalya ümidsizlikdən körpüdən suya atılır. Onu Oleqin ögey qardaşı Kirill xilas edir. Huşu yerinə gələn qız yaddaşını tamamilə itirdiyindən, Kirill vəziyyətdən istifadə edərək onu öz arvadı kimi təqdim edir.
2012-ci ildə çəkilən «Su pərisi» adlı Rusiya melodramının rejissoru Vadim Arapovdur. Əsas rollarda Yelena Şilova, Pavel Xarlançuk, Anna Nosatova və Svyatoslav Astramoviç çıxış edirlər.
«Su pərisi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 16 dekabr 2012
- Ölkə
- Rusiya
- Rejissor
- Vadim Arapov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 45 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın