
Məhəbbət yaşa baxmır...
Yetkinlik yaşına çatmış qızının gələcəyindən narahat olan qırx yaşlı Tatyana onun ailə qurmasına kömək etmək qərarına gəlir. O, qızının adından internetdə elan yerləşdirir və ən yaxşı namizədi axtarmağa başlayır. Ana əvvəlcə həmin namizədlə şəxsən görüşüb onu yoxlamağı, yalnız bəyəndiyi təqdirdə qızı ilə tanış etməyi planlaşdırır.
Eyni vaxtda əlli yaşını keçmiş tənha bir ata da oğlu üçün eyni qayğını çəkir. Oğlunun bəxtini təsadüfi qadına etibar etmək istəməyən ata da hadisələri qabaqlamaq fikrinə düşür. Övladlarının bu planlardan xəbəri olmadığı halda, hər iki valideyn gizlicə görüşməyə qərar verir və bu gözlənilməz görüş onların həyatını tamamilə dəyişir.
«Məhəbbət yaşa baxmır...» («Любви все возрасты...») filmi 2011-ci ildə Rusiyada rejissor Sergey Qroznov tərəfindən çəkilib. Melodram janrında olan filmin baş rollarında Olqa Prokofyeva, İqor Livanov, Aleksandra Titova və Oleq Leuşin çəkiliblər.
«Məhəbbət yaşa baxmır...» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2011
- Ölkə
- Rusiya
- Rejissor
- Sergey Qroznov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 87 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın