
Xoşbəxt boz siçan
Tibb bacısı Nataşa təyyarə qəzasında valideynlərini və azyaşlı oğlunu itirdikdən sonra tənha qalır. Bu faciədən sonra spirtli içkilərə qurşanan əri Viktor ehtiyatsızlıqdan adam öldürdüyü üçün həbsə düşür və cəzaçəkmə müəssisəsində nikahı pozur. Qadın valideynlərindən miras qalmış böyük mənzildə təkbaşına yaşayır.
Bir müddət sonra Nataşa şöbə müdirinin təqiblərindən xilas etdiyi gənc tibb bacısı Yulya ilə dostlaşır və onu evinə dəvət edir. Çox keçmədən cəzasını başa vuran Viktor etdiyi səhvi anlayaraq geri qayıdır. Lakin Nataşanın həyatında təsadüfən avtomobilinin qarşısına çıxan gənc rəssam Sergey peyda olur.
«Xoşbəxt boz siçan» filmi 2017-ci ildə Rusiyada ekranlaşdırılıb. Ekran əsərinin rejissoru Sergey Mezentsevdir. Əsas rolları Natalya Terexova, İlya Sokolovski, Anastasiya Kalaşnikova və Anton Filipenko canlandırıblar.
«Xoşbəxt boz siçan» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 28 oktyabr 2017
- Ölkə
- Rusiya
- Rejissor
- Sergey Mezentsev
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın