
Zanbaqlı qadın
Moskvanın tanınmış mama-ginekoloqu Nadejda Polunina özünü tamamilə peşəsinə həsr edib. Minnətdar pasiyentlər onu hədiyyələrə qərq edir, həmkarı İqorla münasibətləri isə uğurla davam edir. Kənardan hər şey qaydasında görünsə də, Nadejdanın daxilində ciddi qorxular və inamsızlıq gizlənir.
Yalnız ən yaxın adamları bilir ki, gənclikdə yaşadığı xəyanət və həkim səhlənkarlığı onu övlad sahibi olmaq imkanından məhrum edib. Məhz bu acı təcrübə onun gələcək peşəsini müəyyənləşdirib. Lakin keçmiş sevgilisi Boris hamilə arvadı ilə birlikdə Nadejdanın qəbuluna gələndə həkimin vərdiş etdiyi sakit həyat kəskin şəkildə dəyişir və o, bu qadının hamiləliyinə nəzarət etməyə məcbur olur.
«Zanbaqlı qadın» (Женщина с лилиями) filmi 2016-cı ildə Rusiyada rejissor Valeriy Rojnov tərəfindən lentə alınıb. Melodram janrında olan ekran əsərində baş rolları Yekaterina Vulitsenko, Aleksandr Makoqon, Yuri Baturin və Yelena Safonova canlandırıb.
«Zanbaqlı qadın» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 dekabr 2016
- Ölkə
- Rusiya
- Rejissor
- Valeri Rojnov
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 94 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın