
Buz kraliçası
«Buz kraliçası» filmi fiqurlu konkisürmə üzrə tanınmış və təcrübəli məşqçi İrinadan bəhs edir. Kənardan zəngin və uğurlu qadın təsiri bağışlasa da, o, daxilən xoşbəxt deyil. Öz vaxtında nail ola bilmədiyi idman arzularını yetirmələrində axtaran İrina illər keçdikcə soyuq və sərt bir insana çevrilib. O, yaratdığı bu divarların arxasına hətta doğma qızını və nəvəsini belə yaxın buraxmır.
Bir gün məşqlərin birinə Boris adlı gənc və iddialı bir idmançı gəlir. Yaşı qızı Yelena ilə eyni olan bu əyalətli oğlan üçün İrina böyük idmanda uğur qazanmaq yolunda sonuncu fürsətdir. Boris məqsədinə çatmaq üçün hər şeyə hazırdır. Onun gəlişi İrinanın və bütün ailəsinin adi axarında gedən həyatını dərindən dəyişməyə başlayır.
2008-ci ildə çəkilmiş bu Rusiya melodramının rejissoru Andrey Selivanovdur. Filmdə əsas rolları Tatyana Doqileva, Pyotr Krasilov, İvar Kalnlnş və Anastasiya Kalmanoviç ifa ediblər.
«Buz kraliçası» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 iyun 2009
- Ölkə
- Rusiya
- Rejissor
- Andrey Selivanov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın