
Keçmişdən gələn qonaq
Andrey və Tatyana bir neçə ildir evlidirlər və ailələrində uşaq səsinin eşidilməsini çox arzulayırlar. Lakin Tatyana heç cür hamilə qala bilmir. Günlərin birində Andreyin iş yerinə Olqa adlı bir qadın gəlir. O, Nikita adlı balaca bir oğlanı kişiyə göstərərək onun Andreyin oğlu olduğunu iddia edir.
Andrey bu xəbərdən sonra DNT testi etdirmək qərarına gəlir. Analizin nəticələrini gözləyərkən o, Olqa ilə Nikitanı müvəqqəti olaraq bağ evinə yerləşdirir və xanımını kədərləndirməmək üçün hər şeyi ondan gizlədir. Tezliklə Tatyana ərinin bağa şübhəli dərəcədə tez-tez getdiyini anlayır. Ərinin xəyanət etdiyini düşünən qadın həqiqəti öyrənmək üçün bağ evinə yola düşür.
«Keçmişdən gələn qonaq» («Гостья из прошлого») melodram filmi rejissor Vyaçeslav Lavrov tərəfindən lentə alınıb. Ekran əsəri 2017-ci ildə Rusiyada çəkilib. Əsas rolları Sergey Qubanov, Tatyana Abramenko, Kristina Kuzmina və İlya Qlazunov canlandırırlar.
«Keçmişdən gələn qonaq» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 fevral 2018
- Ölkə
- Rusiya
- Rejissor
- Vyaçeslav Lavrov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 80 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın