
Qızıl əsr
On səkkizinci əsrin sonlarında Britaniya səfiri lord Uitvort Sankt-Peterburqda II Yekaterinanın sarayında fəaliyyət göstərir. Təcrübəli diplomat tezliklə nüfuzlu ailədən olan gənc Olqa Zubova ilə yaxınlaşır. Lakin taxt-taca I Pavel keçdikdən sonra ölkədə yürüdülən qeyri-müəyyən siyasət İngiltərə hökumətinin ciddi narazılığına səbəb olur.
Uitvort imperatora qarşı təşkil edilən saray çevrilişinə rəhbərlik edərkən, sevgisinə inanan Olqa öz həyatını təhlükəyə ataraq ona dəstək verir. Sui-qəsd baş tutub monarx öldürüldükdən sonra isə diplomat qadını atıb öz vətəninə qayıdır. Köməksiz qalan Zubova dərhal dövlət cinayətkarı elan olunur.
«Qızıl əsr» tarixi filminin quruluşçu rejissoru İlya Xotinenkodur. 2003-cü il istehsalı olan bu Rus dramında əsas rolları Olqa Orlova, Quri Atnev, Viktor Suxorukov və Aleksandr Başirov canlandırıblar.
«Qızıl əsr» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 iyun 2004
- Ölkə
- Rusiya
- Rejissor
- İlya Xotinenko
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 98 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın