
Mavi, ağrılı və kövrək
Universitet tələbəsi Kaede Tabata həm özünü, həm də ətrafındakıları incitməmək üçün insanlarla arasına məsafə qoyur. Lakin dünyanı dəyişmək arzusu ilə yaşayan tələbə yoldaşı Hisano Akiyosi ilə tanışlıq onun sakitliyini pozur. Bir-birindən fərqli xarakterə malik olsalar da, hər iki gənc özlərini kənar hiss etdikləri üçün gizli «Moai» dərnəyini yaradır.
Bir müddət sonra Hisano yoxa çıxır, qurduqları icma isə tanışlıq və karyera qurmaq üçün vasitəyə çevrilir. Təşkilatın ilkin məqsədindən uzaqlaşdığını görən Kaede oradan uzaqlaşır. Lakin sonradan o, dostunun xatirəsini və ideallarını qorumaq üçün dərnəyi geri almağa və ya onu birdəfəlik dağıtmağa çalışır.
«Blue, Painful, and Brittle» adlı yapon filmi 2020-ci ildə nümayiş olunub. Melodram janrındakı ekran əsərinin quruluşçu rejissoru Syunsuke Kariyamadır. Əsas obrazları Ryo Yosidzava, Hana Suqisaki, Amane Okayama və Honoka Matsumoto canlandırıb.
«Mavi, ağrılı və kövrək» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 28 avqust 2020
- Ölkə
- Yaponiya
- Rejissor
- Syunsuke Kariyama
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 118 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın