
Alis Milad ölkəsində
Hamburqda aşpaz işləyən Alis sevgilisi Nikolasdan gözlənilməz bir təklif alır. Gənc oğlan onu Milad bayramını Bavariyadakı ailəsi ilə birgə qeyd etməyə çağırır. Münasibətlərinin çox təzə olmasına baxmayaraq, Alis bu dəvəti qəbul edib yola düşməyə qərar verir.
Lakin səfər günü Nikolasın işləri çıxır və o, Hamburqda ləngiməli olur. Sevgilisinin ardınca gələcəyinə inanan qız qarlı Oberstdorfa təkbaşına yollanır. Dəmiryol vağzalında Nikolasın böyük qardaşı Yakobla rastlaşan Alis tanımadığı insanların əhatəsinə düşür və sevgilisi gələnə qədər bu yad mühitə uyğunlaşmağa çalışır.
«Alis Milad ölkəsində» (Alice im Weihnachtsland) melodram janrında çəkilmiş 2021-ci il Almaniya filmidir. Ekran əsərinin quruluşçu rejissoru Petra Katarina Vaqnerdir, baş rolları isə Aybi Era, Yoxen Matçke, Daniel Qavlovski və Yutta Şpaydel canlandırıblar.
«Alis Milad ölkəsində» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 dekabr 2021
- Ölkə
- Almaniya
- Rejissor
- Petra Katarina Vaqner
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın