
Kasanova
Həyat yoldaşının vəfatından sonra Femi ciddi münasibətlərdən uzaq durmağa çalışır və vaxtını qısamüddətli əyləncələrlə keçirir. Təkbaşına böyütdüyü yeniyetmə oğlu Ceyson isə musiqi ilə məşğul olmaq arzusundadır. Yeniyetməyə dəstək olmaq üçün ailəyə musiqi müəllimi dəvət edilir.
Oğluna dərs deməyə başlayan Cessika tək ana kimi olduqca ciddidir və qaydalara önəm verir. İki valideynin ilk dialoqu mübahisə ilə başlasa da, zamanla aralarındakı soyuqluq romantik hisslərlə əvəzlənir. Bu yaxınlaşma ata ilə oğul arasındakı münasibətlərdə yeni gərginliklər yaradır.
2019-cu ildə Nigeriyada lentə alınan «Kasanova» filminin rejissoru Oluseyi Asurfdur. Melodram janrında olan layihədə baş rolları Toyin Abraham, Ruby Akubueze, Yomi Alvin və Iretiola Doyle canlandırıblar.
«Kasanova» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 13 sentyabr 2019
- Ölkə
- Nigeriya
- Rejissor
- Oluseyi Asurf
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 115 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın