
Vo boru brusnika
Cəbhədən əlil qayıdan Aleksandr Petroviç Yeqorov doğma kəndinə üz tutur. Qısa müddət sonra həyat yoldaşını itirir və dörd azyaşlı uşaqla tək qalır. Uzun illərdən sonra Aleksandr müharibədə həlak olmuş kiçik qardaşının nişanlısı olmuş Kseniya ilə ailə qurur. Kseniya bu uşaqlara analıq edir və bir neçə ildən sonra onların Vasili adlı bir oğlu da dünyaya gəlir.
Aradan otuz səkkiz il keçir, böyüyən övladlar doğma evi tərk edərək müxtəlif yerlərə dağılışırlar. Artıq qocalan Kseniya və Aleksandr uşaqlarına baş çəkmək məqsədilə uzun bir səfərə çıxırlar.
«Vo boru brusnika» 1988-ci ildə SSRİ-də istehsal olunmuş melodram filmidir. Ekran əsərinin quruluşçu rejissoru Yevgeni Vasilyevdir, baş rollarda isə Gennadi Qarbuk, Lyubov Sokolova, Lyudmila Qavrilova və Larisa Danilina çəkiliblər.
«Vo boru brusnika» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 oktyabr 1989
- Ölkə
- SSRİ
- Rejissor
- Yevgeni Vasilyev
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 162 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın