
Çar Pyotrun ərəbi necə evləndirməsi haqqında nağıl
Çar Pyotra hədiyyə edilən zəkası və xeyirxahlığı ilə seçilən qaradərili oğlan sarayda böyüyür. Hökmdardan ilk elmləri mənimsəyən gənc daha dərin biliklər və incə kübar davranışlar öyrənmək üçün Fransaya göndərilir. Parisdən qayıtdıqdan sonra təşkil olunan balların birində o, varlı zadəganın qızı Nataşaya aşiq olur.
Bu sevgi saray əyanlarının və şəxsən çarın gəncə münasibətini büsbütün dəyişir. Hökmdarın gözündən düşməsi ərəbi həqiqəti sübut etmək yolundan çəkindirmir. Göstərdiyi alicənablıq və mərdlik sayəsində o, həm Nataşanın sevgisini qazanır, həm də Pyotrun və yüksək cəmiyyətin etimadını yenidən bərpa edir.
1976-cı ildə SSRİ-də istehsal olunmuş «Сказ про то, как царь Пётр арапа женил» musiqili melodram filminin quruluşçu rejissoru Aleksandr Mittadır. Baş rolları Vladimir Vısotski, Aleksey Petrenko, İrina Mazurkeviç və Semyon Morozov canlandırıblar.
«Çar Pyotrun ərəbi necə evləndirməsi haqqında nağıl» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 6 dekabr 1976
- Ölkə
- SSRİ
- Rejissor
- Aleksandr Mitta
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 6+6 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 95 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın