
Bu mənim itimdir
İrina beş il boyunca sevdiyi Kostyanın arvadından boşanmasını və ona evlilik təklifi etməsini səbirlə gözləyir. Restorana dəvət alan qadın nəhayət sevgilisinin toy üzükləri aldığını eşidir. Lakin Kostya digər üzüyü İrinaya deyil, müdirinin qızına vermək fikrində olduğunu bildirir.
Xəyanətlə barışa bilməyən qadın canına qəsd etmək qərarına gəlir. Dərman almaq üçün aptekə yollanarkən qapıda tərk edilmiş bir itlə rastlaşır. Zavallı heyvanın öldürülməyə aparılacağını öyrənən İrina ona acıyır və iti öz evinə aparmaq qərarı verir.
«Bu mənim itimdir» filmi 2012-ci ildə Rusiyada rejissor Aleksandr İtıgilov tərəfindən ekranlaşdırılıb. Melodram janrındakı ekran əsərində baş rolları Mariya Kulikova, Andrey Çernışov, Olesya Jurakovskaya və Gennadi Smirnov ifa ediblər.
«Bu mənim itimdir» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 noyabr 2012
- Ölkə
- Rusiya
- Rejissor
- Aleksandr İtıgilov kiçik
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın