
İnan, hər şey yaxşı olacaq...
Gənc Jenya atasının qadağasına baxmayaraq sevgilisinin arxasınca böyük şəhərə yollanır. Tezliklə qız hamilə qalır, lakin sevdiyi oğlan onu tək qoyub qaçır. Evə bu vəziyyətdə qayıtmaqdan çəkinən Jenya həkim İrinanın qəbuluna gəlir. Təcrübəli ginekoloq hamiləlik müddətinin böyük olduğunu görərək pasiyenti bu fikrindən daşındırır.
İrina qıza doğuşa qədər onun evində yaşamağı və körpəni ona verməyi təklif edir. Öz vaxtında etdiyi səhvin peşmanlığını çəkən həkim ana olmaq istəyir, anasız böyümüş Jenya isə onda doğma bir insan tapır. Lakin kənddə qızının uşağı satdığı barədə şayiələr eşidən ata qəzəblə şəhərə gəlir və hadisələr gözlənilməz axara düşür.
«İnan, hər şey yaxşı olacaq...» filmi 2012-ci ildə Rusiya istehsalı olaraq ekranlara çıxıb. Melodram janrında olan bu ekran əsərinin quruluşçu rejissoru Maksim Briusdur. Əsas rolları Alisa Avçinnik, Yuri Nikolayenko, Valentina Losovskaya və Yevgeni Nikitin canlandırıb.
«İnan, hər şey yaxşı olacaq...» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 26 may 2012
- Ölkə
- Rusiya
- Rejissor
- Maksim Brius
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın