
Qaç, arxana baxma!
Voronej xəstəxanasında çalışan həkim Tatyana Bobrovanın növbəti iş günü uzanan iclas səbəbindən gec bitir. Qadın tələsik evə yollanır, çünki orada onu milis kapitanı olan əri Sergey gözləyir. Şəhərin Daxili İşlər İdarəsində mühüm vəzifə tutan ər arvadını gecikdiyinə görə qəzəblə qarşılayır. Əsəblərini cilovlaya bilməyən Sergey xəsarətlərin üzdə və görünən yerlərdə qalmamasına çalışaraq Tatyanaya qarşı yenidən zorakılıq tətbiq edir.
Onların evliliyindən cəmi üç ay keçsə də, bu cür amansız rəftar artıq adi hala çevrilir. İki həftə əvvəl baş verən ilk döyülmədən sonra kişi üzr istəyib bir daha təkrarlanmayacağına and içmişdi. Hələ o zaman evdən qaçmağı düşünən qadın hazırlıq görməyə fürsət tapmamışdı. Növbəti hücumdan sonra Tatyana təcili şəkildə qaçmaq qərarına gəlir.
«Qaç, arxana baxma!» melodram filmi rejissor Miroslav Maliç tərəfindən lentə alınıb. Rusiya və Ukraynanın birgə istehsalı olan ekran işi 2017-ci ildə nümayiş etdirilib. Əsas rolları Yuliya Jiqalina, Aleksandr Paşkov, Yuliya Rudina və Vladimir Fokov canlandırıblar.
«Qaç, arxana baxma!» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 18 noyabr 2017
- Rejissor
- Miroslav Maliç
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 45 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın