
Sənə ana deyə bilərəm?
Uğurlu yazıçı Darya Semyonova heç kimə xəbər vermədən şəhərdəki həyatını tərk edib kəndə yollanır. O, ərzaq tədarükü görüb uşaqlıq illərində hər yay gəldiyi nənəsinin köhnə evinə sığınır. Doğma simalar və sakit kənd mühiti ona yeni sevgi romanını yazmaq üçün əlverişli şərait yaradır.
Lakin qonşuluqda yaşayan istefadakı qaraqabaq kapitan onun dinc günlərinə mane olur. Bu hərbçi digər kənd sakinləri ilə birlikdə internatdan qaçmış kimsəsiz Vasya Naydyonova göz-qulaq olur. Uşağın ən böyük arzusu bir qədər pul toplayıb şəhərə getmək və onu körpə ikən tərk etmiş anasını tapmaqdır. Tezliklə kəndə Daryanın arxasınca gələn və ona evlilik təklif etmək istəyən məşhur şoumen Aleksey Roşin də bu uşağın həyatına müdaxilə etməyə başlayır.
«Sənə ana deyə bilərəm?» filmi 2009-cu ildə rejissor Aleksey Şikin tərəfindən çəkilib. Bu Rusiya istehsalı melodramda əsas rolları Anna Kovalçuk, Boris Xvoşnyanski, Aleksandr Klemantoviç və Kolya Spiridonov canlandırıb.
«Sənə ana deyə bilərəm?» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 mart 2009
- Ölkə
- Rusiya
- Rejissor
- Aleksey Şikin
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın