
Uğurlu yol
Gənc hüquqşünas karyerası üçün böyük əhəmiyyət kəsb edən məhkəmə iclasına çatmaq üçün Yaroslavla tələsir. Eyni zamanda bir qız da həmin şəhərdə baş tutacaq konsertinə yetişməyə çalışır. Səfər elə ilk addımdan uğursuzluqla başlayır: hər iki sərnişin qatara gecikir, mindikləri taksi isə qəzaya uğrayır.
Yolu birlikdə davam etdirmək məcburiyyətində qalan qəhrəmanlar yük maşını sürücüləri və rastamanlarla qarşılaşırlar. Bir-birlərindən uzaqlaşmaq və yolu tək getmək üçün nə qədər cəhd etsələr də, şərait onları yenidən bir araya gətirir.
«Uğurlu yol» (Bon Voyage!) filmi 2008-ci ildə Rusiyada rejissor Aleksandr Barşak tərəfindən çəkilib. Melodram janrında olan bu ekran əsərində baş rolları Anna Nazarova, Dmitri Kuliçkov, Aleksandr Paşutin və Lyudmila Artemyeva canlandırıblar.
«Uğurlu yol» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 fevral 2009
- Ölkə
- Rusiya
- Rejissor
- Aleksandr Barşak
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 99 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın