Bir damın altında
Zəhmətkeş dovşan təzə bir ev tikir və buraya müxtəlif heyvanları qonşu kimi qəbul edir. Beləliklə, musiqiçi itlər, bağban keçi, oxuyan cücə, qurbağa və balaca bir dağsiçanı eyni damın altına yığışırlar.
Tezliklə yeni sakinlər bir-birinə mane olacaq işlərlə məşğul olmağa başlayırlar. İtlər pişik dostları ilə birlikdə gecələr bərkdən fortepianoda ifa edir, keçi eyvandakı gülləri sulayır, qurbağa isə otağına su dolduraraq gölməçə düzəldir. Cücə fasiləsiz oxuyur, dağsiçanı isə dən və un saxlamaq üçün evin altını qazır. Belə ağırlığa tab gətirməyən tikili qəfil dağılır və dovşan pərt olur. Etdiklərindən utanan sakinlər dovşana kömək edərək təzə bir ev ucaldırlar və sülh içində yaşayırlar.
«Pod odnoy kryshey» adlı qısametrajlı cizgi filmi 1978-ci ildə SSRİ-də lentə alınıb. Layihənin quruluşçu rejissoru Anatoli Alyaşevdir.
«Bir damın altında» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1978
- Ölkə
- SSRİ
- Rejissor
- Anatoli Alyaşev
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 0+bütün tamaşaçılar üçün
- Müddət
- 14 dəq.
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın