
Yaşayan ölülər evi
Plantasiya sahibi olan Brettlinq ailəsinin kişiləri nəsildən-nəslə ötürülən lənət ucbatından zamanla dəliliklə üzləşirlər. Bu qorxunc taledən qurtulmaq istəyən Brek Brettlinq elmi araşdırmalara yönələrək insan ruhunu bədəndən ayırıb xüsusi qablarda saxlamağa çalışır. Onun əkiz qardaşı Maykl isə sakit həyat sürür və İngiltərədə təhsil alan nişanlısı Meri-Ennin gəlişini gözləyir, lakin qız qayıtmazdan az əvvəl Brek bədbəxt hadisə nəticəsində həyatını itirir.
Qardaşının ölümündən sonra Mayklın davranışlarında qəribə dəyişikliklər başlayır. İlk vaxtlar nə ailə üzvləri, nə nişanlısı, nə də ona aşiq olan qulluqçu Lina bu qəribəliklərə diqqət yetirmir. Çox keçmədən afrikalı xidmətçinin icra etdiyi vudu ayinləri Maykl cildində tamam başqa birinin gizləndiyinə işarə edir.
«Yaşayan ölülər evi» qorxu filmi 1974-cü ildə CAR-da rejissor Rey Ostin tərəfindən çəkilmişdir. Ekran əsərində əsas rolları Mark Börns, Şirli Enn Fild, Devid Oksli və Marqaret İnqlis canlandırıblar.
«Yaşayan ölülər evi» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın