
Cəhənnəm əti
Doktor Corc Medeiros vaxtının çox hissəsini laboratoriyada elmi axtarışlara sərf edir. Ərinin diqqətsizliyindən təngə gələn Rakel isə onun yaxın dostu Oliverlə gizli münasibətə başlayır. Bir müddət sonra sevgililər Medeirosun sərvətinə yiyələnmək məqsədilə onu aradan götürməyi qərara alırlar.
İş zamanı fürsət tapan qadın ərinin üzünə turşu atır, ardından isə laboratoriyaya od vurub yandırırlar. Lakin Corc möcüzə nəticəsində sağ qalmağı bacarır. Ağır bədən xəsarətləri ilə xəstəxanaya düşən alim ona xəyanət edənlərdən intiqam almaq üçün plan qurur.
«Cəhənnəm əti» (Inferno Carnal) 1977-ci ildə Braziliyada istehsal olunmuş qorxu filmidir. Ekran əsərinin rejissoru və baş rol ifaçısı Joze Mojika Marinşdir. Digər rolları Luely Figueiró, Osvaldo De Souza və Helena Ramos canlandırıblar.
«Cəhənnəm əti» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 24 mart 1977
- Ölkə
- Braziliya
- Rejissor
- Joze Mojika Marinş
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Grostface
- Müddət
- 85 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın