
Pik daması: Güzgüarxası
Qaranlıq keçmişə malik qədim malikanədə yerləşən internat məktəbinin şagirdləri bir-birlərinə keçmiş əsrlərdə burada törədilmiş uşaq qətlləri barədə rəvayətlər danışırlar. Binanın baxımsız qanadını gəzən yeniyetmələr üzərində qəribə təsvirlər olan güzgü aşkar edirlər. Əyləncə naminə uşaqlar Pik damasının ruhunu çağırmaq üçün ayin keçirir və ən gizli arzularını diləyirlər.
Lakin o biri dünyadan gələn bu varlıq çağırışa cavab verir və yerinə yetirdiyi hər istəyin əvəzində insanların ruhunu tələb edir. Qisasçı ruh güzgü qarşısında onu narahat edən hər bir şagirdin canını alana qədər sakitləşmək fikrində deyil.
«Pik daması: Güzgüarxası» (Queen Of Spades Through The Looking Glass) adlı Rusiya qorxu filmi 2018-ci ildə ekranlara çıxıb. Ekran əsərinin quruluşçu rejissoru Aleksandr Domoqarov-kiçikdir. Əsas rolları Angelina Streçina, Daniil Muravyov-İzotov, Vlad Konoplyov və Klaudiya Kain canlandırıblar.
«Pik daması: Güzgüarxası» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 12 iyul 2019
- Ölkə
- Rusiya
- Rejissor
- Aleksandr Domoqarov k.
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 83 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın