
Qana susamış
İlk musiqi albomu böyük uğur qazanan gənc indi-ifaçısı Qrey tanınmış prodüser Von Deniels tərəfindən birgə layihəyə dəvət alır. Təklifi qəbul edən ifaçı sevgilisi ilə birlikdə prodüserin meşənin dərinliyində yerləşən evinə yollanır.
Uzun müddətdir qorxunc yuxular və qarabasmalar görən Qrey daimi sakitləşdirici həblər qəbul edir, spirtli içkilərdən isə tamamilə uzaq durur. Lakin yeni mahnıların yazılışı zamanı Vonun təkidi ilə dərmanları atır və spirtli içki içməyə başlayır. Çox keçmədən qızın davranışlarında və daxili aləmində qorxulu dəyişikliklər baş qaldırır.
«Bloodthirsty» filmi 2020-ci ildə Kanadada rejissor Amelia Mozes tərəfindən lentə alınıb. Bu qorxu dramının əsas obrazlarını Loren Bitti, Qreq Brayk, Ketrin Kinq və Cudit Byuken canlandırıb.
«Qana susamış» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 oktyabr 2020
- Ölkə
- Kanada
- Rejissor
- Amelia Mozes
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, MuzoBoz
- Müddət
- 84 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın